Modern.az

Borrel Odessaya səfər etdi

Borrel Odessaya səfər etdi

30 Sentyabr 2023, 18:53

Avropa İttifaqının (Aİ) baş diplomatı Cozep Borrel gözlənilmədən Ukraynanın Odessa şəhərinə səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün X hesabında yazıb.

 

Borrel bildirib ki, Odessa “gözəl tarixi şəhərdir” və Aİ orada hərbi əməliyyatlar nəticəsində dağılmış obyektlərin bərpasını dəstəkləyir.

 

O qeyd edib ki, sentyabrın 30-da Donetsk, Luqansk, Zaporojye və Xersonun Rusiya tərəfindən qanunsuz ilhaqından düz bir il keçir. O, əlavə edib ki, Odessaya səfərinin məqsədi Aİ-nin Ukraynanı dəstəkləməyə hazır olduğunu bir daha nümayiş etdirməkdir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi