Hərbçilərimiz AKINCI kursunu başa vurdu

Hərbçilərimiz AKINCI kursunu başa vurdu

Aktual

30 Sentyabr 2023, 21:47

Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin bir neçə üzvü Türkiyədə “Baykar” şirkəti tərəfindən təşkil edilən “AKINCI pilotsuz uçuş aparatını idarəetmə kursu"nda məzun olublar.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.

 

Hərbçilər "Bayraktar AKINCI" hücum pilotsuz uçuş aparatının idarəedilməsi bacarığına yiyələniblər.

 

Mərasim Azərbaycan Səfirliyi və hərbi attaşelərin şəxsi heyətinin iştirakı ilə keçirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır