Modern.az

Almaniyadakı azərbaycanlılar AYAQDA

Almaniyadakı azərbaycanlılar AYAQDA

Aktual

1 Oktyabr 2023, 16:51

2023-cü ilin oktyabr ayının 1-də saat 14-dən 17-dək Almaniyanın paytaxtı Berlin şəhərində Brandenburq qapıları önündə Almaniyada yaşayan azərbaycanlılar dinc aksiya keçirirlər.

 

Modern.az xəbər verir ki, aksiyanın məqsədi Almaniya mediasında və vətəndaş cəmiyyətinə yaxın dairələrdə sistemli şəkildə Azərbaycana qarşı yönəlmiş yanlış məlumat və təhriflərə dolu informasiya hücumuna son qoyulmasıdır.

 

Bununla yanaşı, aksiya iştirakçıları Azərbaycan torpaqlarının 30 ildən uzun sürən işğalına son qoyulduqdan sonra regionda sülhü dəstəkləməyə çağırış edirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi