Fransalı nazirdən rəzalət: Ağrı dağını Ermənistan kimi göstərdi

Fransalı nazirdən rəzalət: Ağrı dağını Ermənistan kimi göstərdi

3 Oktyabr 2023, 21:17

Xəbər verdiyimiz kimi, bu gün Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Ermənistana səfər edib.

 

Modern.az bildirir ki, o, özünün "X" hesabında Ermənistan barədə paylaşım edib.

 

Fransalı nazir sosial şəbəkə hesabında Türkiyə ərazisində olan Ağrı dağının fotosunu paylaşıb və Ermənistanda olduğunu yazıb.

 

"Birinci səfərimdən 5 ay sonra yenidən Ermənistandayam. Dostluq, dəstək və həmrəylik!", - nazir paylaşımında bildirib.

 

Fransalı nazir bu paylaşımı ilə Ermənistanın aqressiv siyasətinə dəstək verib, eyni zamanda Türkiyəyə qarşı təxribatçı mövqe sərgiləyib.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır