SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə ilə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçiriləcək.
Bu barədə Modern.az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətinin əməkdaşı Elçin Kazımov məlumat verib.
Vida mərasimi 4 oktyabr 2023-cü il tarixində saat 12:00-da baş tutacaq.
Əldə etdiyimiz məlumata görə, Xoşbəxt Yusifzadə I Fəxri Xiyabanda dəfn ediləcək.