Arayik Bakıda dindirilib, səhhəti yerindədir - Vəkildən açıqlama

Arayik Bakıda dindirilib, səhhəti yerindədir - Vəkildən açıqlama

4 Oktyabr 2023, 10:58

Ötən gün saxlanılan Qarabağda erməni separatçılarının yaratdığı qondarma rejimin keçmiş “rəhbəri” Arayik Arutyunyanın vəkili məlum olub.

 

Modern.az  xəbər verir ki, vəkil Alov Səfərəliyevin sosial media hesabında Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdiyi bildirilib.

 

Vəkil vurğulayıb ki, A.Arutyunyanın səhhəti və psixoloji durumu yerindədir.

 

“Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq. Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik”, - Alov Səfərəliyev qeyd edib.

 

1285229

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda əsir saxlanılan Hüseynə ömürlük həbs cəzası verilib