Bir neçə gün öncə erməni cəlladlarının 1992-ci ildə əsir götürdüyü azərbaycanlı döyüşçü Natiq Qasımovun dindirilməsi zamanı çəkilən fotolar yayılıb.
Modern.az xəbər verir ki, dizayner Rəsul Həsən onun fotolarını rəngləyib.
23 nəfər Xocalı sakinini xilas etmək naminə düşmənə təslim olan Natiq Qasımov haqqında “Oğul” sənədli filmi çəkilib. Film Böyük Britaniyanın “Broken Pot Media” şirkəti çəkib. Filmin rejissoru və ssenari müəllifi Karan Sinqh üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə söhbət edib.
İtaliyalı hərbi fotoqrafın lentə aldığı fotolarda azərbaycanlı döyüşçünün dindirilməsinin Xocalı qatili Vitali Balasanyan tərəfindən aparıldığı görünür.
Sözügedən rəngləndirilmiş fotoları təqdim edirik: