Bu, Türk dövlətlərinin kosmik sahədə əməkdaşlığına töhfə verəcək

Bu, Türk dövlətlərinin kosmik sahədə əməkdaşlığına töhfə verəcək

Aktual

4 Oktyabr 2023, 19:26

Qardaş Azərbaycanın 74-cü Beynəlxalq Astronavtika Konqresinə uğurla ev sahibliyi etməsindən şərəf və qürur duyuruq.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Konqres çərçivəsində oktyabrın 4-də təşkil olunan tədbirdə səsləndirib.

 

Diplomat mötəbər tədbirdə kosmik sahədə görülən işlərin və planlaşdırılan layihələrin müzakirə olunduğunu diqqətə çatdırıb. Bu sahədə ölkəsinin qazandığı nailiyyətlərə diqqət çəkən Cahit Bağçı bu tədbirin Türkiyə Dövlətləri Təşkilatının (TDT) üzvü olan ölkələrin kosmik sahədə əməkdaşlığının inkişaf etdirilməsinə də töhfə verəcəyini vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır