Modern.az

İranlı nazir Azərbaycana gəlir 

İranlı nazir Azərbaycana gəlir 

Aktual

4 Oktyabr 2023, 21:27

İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş oktyabrın 6-da Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki, iki günlük səfər çərçivəsində İranla Azərbaycan arasında arasında Astara yük terminalının tikintisi, Astaraçay üzərində avtomobil körpüsünün, gömrük və sərhəd infrastrukturunun yaradılması kimi layihələrin icrası müzakirə ediləcək.

 

Səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da yaxşılaşdırılması müzakirə olunacaq.

 

Bəzrpaşın Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, habelə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə də görüşü nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Medvedyev özündən çıxdı-Necə də alçaqsınız!