Modern.az

İlham Əliyev və atasının fotosu kosmosda - VİDEO

İlham Əliyev və atasının fotosu kosmosda - VİDEO

Aktual

5 Oktyabr 2023, 00:31

"Real TV”nin rəhbəri Mir Şahin Ağayevin “Ucalıq məsələsi” teleoçerki yayımlanıb.

 

Modern.az xəbər verir ki, teleoçerk Bakıda təşkil olunan Beynəlxalq Astronavtika Konqresinə həsr olunub.

 

Ekran işində bir sıra maraqlı məqamlar yer alıb ki, bunlardan biri də çinli astronavtlarla bağlı olub. Onlar kosmosdan etdikləri çıxışda yarım əsr əvvələ boylanaraq, 1973-cü ildə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Bakıda keçirilən 24-cü Beynəlxalq Astronavtika Konqresindən söz açıblar. Astronavtlar kosmosdan etdikləri bağlantıda həmin ildə çəkilmiş, hazırkı Prezident İlham Əliyevin də yer aldığı fotonu nümayiş etdiriblər.

 

Sözügedən teleoçerki təqdim edirik:

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi