Modern.az

Məktəblilərin astronavtlarla görüşü keçirildi - FOTOLAR

Məktəblilərin astronavtlarla görüşü keçirildi - FOTOLAR

5 Oktyabr 2023, 17:32

Bakının ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Bakı Avropa Liseyində astronavtlarla görüş təşkil olunub.

 

Modern.az xəbər verir ki, tədbirin açılışında Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova çıxış edib. O, Azərbaycanın kosmos sahədə dünyanın ən nüfuzlu tədbirinə 50 il sonra yenidən ev sahibliyi etməsinin yeniyetmə və gənclərin elmə, texnologiyaya marağının artmasına təkan verəcəyini bildirib.

 

Astronavtlar Viktor Espanya (Braziliya), Jyuli Peyet (Kanada), Alper Gezeravçı (Türkiyə) respublikanın müxtəlif məktəblərinin şagirdlərinin iştirak etdiyi görüşdə kosmosa səyahət və missiyaları ilə bağlı təəssüratlarını bölüşüb, sualları cavablandırıblar.

 

Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

 

Qeyd edək ki, Bakının ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində çoxsaylı texniki sessiya və konfranslar keçirilir. Konqresin tərkib hissəsi olan “Beynəlxalq astronavtlar proqramı” çərçivəsində ali təhsil müəssisələri, məktəblər, inklüziv inkişaf, uşaq və gənclər mərkəzlərində görüşlər təşkil olunur. Məqsəd yeniyetmə və gənclər arasında kosmos sahəsinə, yüksək texnologiyalara marağın artırılması, milli kosmik ekosistemin təşviqidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi