Modern.az

Füzulidə Müəllimlər Günü qeyd olunub - FOTO

Füzulidə Müəllimlər Günü qeyd olunub - FOTO

5 Oktyabr 2023, 17:40

Füzuli rayonunda 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib. Füzuli Rayon İcra Hakimiyyətinin inzibati binasında, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada Vətən müharibəsi şəhidlərinin ailələrindən olan müəllimlər iştirak etdilər.

 

Modern.az xəbər verir ki, tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi  Azərbaycan ordusunun qazandığı Zəfərdən, uğurla nəticələnən lokal xarakterli antiterror əməliyyatından, qəhrəman şəhidlərin və qazilərin şərəf dolu döyüş yolundan bəhs etdi. Ulu Öndər Heydər Əliyevin müəllim peşəsinə hər zaman yüksək dəyər verdiyini diqqətə çatdıran Alı Alıyev, şəhid ailələrindən olan müəllimlərin timsalında bütün Azərbaycan müəllimlərini 5 oktyabr Beynəlxalq Müəllimlər  Günü münasibəti ilə təbrik edib.

 

Tədbirdə iştirak edən, Vətən müharibəsi şəhidlərinin ailələrindən olan  müəllimlər onlara göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi