Modern.az

Regional layihələrin effektivliyi üçün sülh vacib amildir

Regional layihələrin effektivliyi üçün sülh vacib amildir

5 Oktyabr 2023, 22:59

Gürcüstan regionda sülh və təhlükəsizliyin, sabitliyin bərqərar olmasında maraqlıdır. Biz yaxşı başa düşürük ki, “Orta dəhliz” kimi irimiqyaslı enerji, nəqliyyat və digər regional layihələrin effektivliyi üçün sülh və sabitlik çox vacibdir.

 

Modern.az xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili İspaniyada ölkəsinin Avropanın enerji xəritəsindəki rolu ilə bağlı sualları cavablandırarkən söyləyib.

 

Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib ki, Baş nazir ölkəsinin Avropa və ümumiyyətlə, beynəlxalq aləm üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. O, həmçinin vurğulayıb ki, Gürcüstanın istər Azərbaycan, istər Ermənistan, istərsə də Türkiyə olsun, regionun bütün dövlətləri ilə ahəngdar münasibətləri var.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi