M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə baş həkimi təyinatı olub.
Modern.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə Elgün Səmədov adı çəkilən Mərkəzin baş həkimi olaraq fəaliyyət göstərəcək.
E.Səmədov 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini bitirib. O, Müdafiə Nazirliyinin hərbi hissələrində müxtəlif vəzifələrdə Tibb xidməti mayoru rütbəsinə qədər xidmət yüksəlib. Türkiyənin Gülhanə Hərbi Akademiyasında cərrahiyyə üzrə təkmilləşdirmə kursu keçib.
Hərbi xidmətdən tərxis olduqdan sonra fəaliyyətimi Milli Onkologiya Mərkəzində onkoloq cərrah kimi davam etdirib. Daha sonra “Leyla Medikal Center” xəstəxanasının cərrahiyyə üzrə direktor müavini işləyib.