Modern.az

Hakan Fidan Azərbaycana gəlir - Şuşaya gedəcək...

Hakan Fidan Azərbaycana gəlir - Şuşaya gedəcək...

9 Oktyabr 2023, 23:03

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

O, Şuşada keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 27-ci iclasında iştirak edəcək.

 

“İclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndiriləcək, İƏT-in gündəliyində duran cari məsələlər müzakirə olunacaq. Türkiyə yaradılmasına liderlik etdiyi İƏT-in dost və qardaş ölkələri ilə birlikdə İƏT regionunda sülh, sabitlik və rifahın artırılması istiqamətində əməkdaşlıq səylərinə töhfə verməyə davam edəcək” , - deyə məlumatda bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?