Modern.az

Sabah bu ərazilərdə qaz olmayacaq 

Sabah bu ərazilərdə qaz olmayacaq 

9 Oktyabr 2023, 23:53

Sabah Bakı şəhərinin Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsinin və Suraxanı rayonunun Hövsan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Bu barədə Modern.az-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

 

Oktyabrın 10-da saat 09:30-dan “Xırdalan” QPS-də yeni quraşdırılmış kollektorun birləşməsi işləri, “Hövsan” QTM-də baypas xəttin quraşdırılması ilə əlaqədar “BMSK” ölçü qovşağından və “Bahar” QPM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?