Modern.az

130 ağac qanunsuz kəsilib - Cinayət işi açıldı

130 ağac qanunsuz kəsilib - Cinayət işi açıldı

10 Oktyabr 2023, 11:18

Baş Prokurorluq ekoloji hüquqpozmalara qarşı mübarizəni davam etdirir.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın müxtəlif regionlarında qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

 

Araşdırmalar zamanı Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsi, Beyləqan rayonunun Sitilçilik qəsəbəsi, Lənkəran rayonunun Günəhir, İsmayıllı rayonunun Quşencə və Diyallı kəndləri ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 130 ədəd müxtəlifcinsli ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 40 min manatdan çox ziyan vurulması müəyyən edilib.

 

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?