Modern.az

İsmayıllıda narkotik satan şəxs saxlanıldı

İsmayıllıda narkotik satan şəxs saxlanıldı

10 Oktyabr 2023, 11:12

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılaraq istintaqa təqdim edilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində İsmayıllı şəhər sakini Tural Mahmudov saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan bükümlərdə heroin, tiryək, qurudulmuş marixuana, eləcə də preqabalin və metadon həbləri aşkar edilərək götürülüb. Araşdırma zamanı T.Mahmudovun həmin narkotik vasitələri satış məqsədilə üzərində gəzdirdiyi müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?