Modern.az

Xüsusi alış-veriş çantaları istehsal olunsun - TƏKLİF

Xüsusi alış-veriş çantaları istehsal olunsun - TƏKLİF

Aktual

10 Oktyabr 2023, 12:50

Azərbaycanda xüsusi alış-veriş çantaları istehsal olunmalıdır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat İltizam Yusifov deyib.

 

Deputat qeyd edib ki, İtaliyada belə bir praktika var.

 

"Orada "Dolce Gabanna” brendinin çox ucuz qiymətə alış-veriş çantası istehsal edilir. Xanımlar onu götürüb mağazalara alış-verişə gedirlər. Bu, böyük bir praktikadır.

 

Digər təklifim odur ki, istifadə edilmiş polietilen torbaları yığmaq üçün tullantı yerlərində xüsusi bir hissə olmalıdır", - deyə deputat əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi