Yıldırım Toğrul Türkeş Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti seçilib.
Modern.az xəbər verir ki, bu barədə AŞPA-nın mətbuat xidməti məlumat yayıb.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olan Yıldırım Toğrul Türkeş Milliyyətçi Hərəkat Partiyasının qurucusu Alparslan Türkeşin oğludur.