Modern.az

Axmat Kadırov adına orden Putinə təqdim edilib

Axmat Kadırov adına orden Putinə təqdim edilib

10 Oktyabr 2023, 14:20

Axmat Kadırov adına orden Rusiya prezidenti Vladimir Putinə təqdim edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.


Bazar ertəsi Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib ki, Axmat Kadırov adına bir nömrəli orden dövlət başçısı Vladimir Putinə təqdim edilib və bu barədə fərman hələ 2007-ci ildə imzalanıb.
 

Peskov jurnalistlərə mükafatın şəxsi görüşdə təqdim olunub-olunmaması barədə sualına cavabında deyib:

“Bildiyim qədər, söhbət onun təqdim edilməsindən gedir”.


Axmat Kadırov adına orden Çeçenistanda respublikanın ilk prezidentinin 2004-cü ildə terror aktı nəticəsində ölümündən sonra təsis edilmiş ən yüksək mükafatdır. Mükafat Çeçenistan Respublikası qarşısında görkəmli xidmətlərə görə verilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?