Modern.az

Xarici sənədlərin məsafədən tərcüməsi xidməti yaradıldı

Xarici sənədlərin məsafədən tərcüməsi xidməti yaradıldı

Aktual

10 Oktyabr 2023, 16:16

Ölkəmizdə investisiya mühitinin əlverişliyinin artırılması məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən xarici sənədlərin məsafədən tərcümə edilməsi və notariat qaydasında rəsmiləşdirilərək aidiyyəti orqana təqdim edilməsi elektron xidməti hazırlanıb və yaxın vaxtlarda istifadəyə veriləcək.

 

Modern.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi İlqar Məmmədov deyib.

 

Qeyd olunub ki, elektron xidmətlərin genişləndirilməsi çərçivəsində Azərbaycanda elektron imzalanmış sənədlərin xaricdə təqdim edilməsini mümkün edəcək elektron apostil proqramının da istifadəyə verilməsi nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?