Modern.az

Azərbaycanın valyuta ehtiyatları 67,5 mlrd. dollardır - Mərkəzi Bankın sədri

Azərbaycanın valyuta ehtiyatları 67,5 mlrd. dollardır - Mərkəzi Bankın sədri

Aktual

10 Oktyabr 2023, 16:40

Dünya neft qiymətlərinin yüksək olmasını və qeyri-neft ixracının artmasını nəzərə alsaq, Azərbaycanın cari əməliyyatlar balansı profisitlidir.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib. O bildirib ki, bu da öz növbəsində ölkənin strateji valyuta ehtiyatlarına təsir edib.

 

"Ölkənin strateji valyuta ehtiyatları bu ilin avqust ayında 14,5% artaraq 67,5 milyard ABŞ dollarına çatıb"- AMB sədri əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?