Modern.az

Qubad İbadoğlunun müşaviri həbs edildi 

Qubad İbadoğlunun müşaviri həbs edildi 

10 Oktyabr 2023, 20:24

Azərbaycan Demoktatiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun (ADR) müşaviri Hüseyn Məlik yenidən həbs edilib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmə) maddələri ilə təqsirli bilinib.

 

H.Məlik Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka həbs edilib.

 

Qeyd edək ki, R.Məlikə 3 ay əvvəl də 20 sutka inzibati qaydada həbs cəzası verilmişdi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?