Modern.az

Paşinyan separatçıların İrəvandakı “qərargah”ını LƏĞV EDİR

Paşinyan separatçıların İrəvandakı “qərargah”ını LƏĞV EDİR

Aktual

11 Oktyabr 2023, 09:42

Özünü buraxmış qondarma rejimin keçmiş “rəhbər”i Samvel Şahramanyan Qarabağdan Ermənistana köçdükdən sonra İrəvanda öz ətrafı ilə məsləhətləşmə keçirmiş və xuntanın mübarizəni davam etdirəcəyini  bildirmişdi.

Modern.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, rəsmi İrəvan Samvel Şahramanyanın bu özfəaliyyətinə qəzəblənib.  

Qəzet yazır ki, rəsmi İrəvan separatçıların maliyyələşdirilməsini dayandırmağa qərar verib.  

O da qeyd olunur ki, Ermənistan hakimiyyəti İrəvandakı qondarma “Artsaxın nümayəndəliyi”ni və “Artsaxın operativ qərargahı”nı da ləğv etmək qərarına gəlib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?