Oğuzda obyektdən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qumlaq kəndi ərazisində yerləşən bir obyektdən 10808 manat pul oğurlamaqda şübhəli bilinən kənd sakini Ə.Qocayev saxlanılıb. Araşdırma aparılır.