Ermənistanın Azərbaycanın 8 kəndini işğal altında saxlaması məsələsinə bəraət qazandırmaq məqsədilə guya Azərbaycanın hansısa erməni kəndlərinin ərazisini işğal etdiyi iddiaları səsləndirməsi tamamilə yalandır.
Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın Birinci Kanala müsahibəsi zamanı səsləndirdiyi iddialara dair cavabında bildirilib.
"Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olaraq, eləcə də beynəlxalq humanitar hüququ pozaraq Azərbaycanın 8 kəndini işğal edib, oradakı əhaliyə qarşı kütləvi qırğınlar törədib", - deyə məlumatda qeyd edilib.