Modern.az

Oğlu İsraildə döyüşən hüquq müdafiəçisi DANIŞDI: Onun iki vətəni var, biri Azərbaycandır

Oğlu İsraildə döyüşən hüquq müdafiəçisi DANIŞDI: Onun iki vətəni var, biri Azərbaycandır

Aktual

12 Oktyabr 2023, 16:08

Oktyabrın 7-də Fələstinin HƏMAS silahlı qruplaşması ilə İsrail arasında başlayan toqquşma altı gündür davam edir. Hər iki tərəfdən ölən şəxslərin sayı 2500-ə yaxınlaşıb, minlərlə şəxs yaralanıb. Ölən və xəsarət alanların əksəriyyəti mülki şəxslərdir.

 

Toqquşmalar zamanı 7 Azərbaycanlı əsilli şəxs də həlak olub. Onlardan bəziləri İsrail, bəziləri isə Azərbaycan vətəndaşıdır. Hüquq müdafiəçisi Novella Cəfəroğlunun oğlu da döyüşlərdə iştirak edir. 

 

O, Modern.az-a açıqlamasında bildirib ki, hər gün oğlu ilə əlaqə saxlayır və vəziyyətinin yaxşı olduğunu deyir.

 

"Oğlum cəbhə bölgəsindədir, həkimdir. Onlar bütün yaralıları müharibə bölgəsindən çıxarırlar. İndi vəziyyəti normaldır. Həkim komandası var, onlarla bir yerdə müharibədə iştirak edirlər. Yaralıları çıxarırlar və onlara yardım göstərirlər", - hüquq müdafiəçisi qeyd edib.

 

Novella Cəfəroğlu oğlunun İsrail vətəndaşı olduğunu bildirib:

 

"Onun atası yəhudidir. O, öz vətənini qoruyur. Uşaqları da orada anadan olub. Öz elini, uşaqlarını qoruyur. O öz vətəni üçün çalışır. Oğlum I Qarabağ müharibəsində Azərbaycanda da çox işlər görüb. Qarabağ işğaldan azad olunanda mənim uşaqlarım, nəvələrim hamısı Azərbaycan bayrağı ilə küçələri gəziblər. Onun iki vətəni var, biri Azərbaycandır, biri  İsrail”.

 

Hüquq müdafiəçisi toqquşmalar haqqında da öz fikirlərini bölüşüb və müharibə istəmədiyini bildirib.

 

“Mən ana kimi müharibə istəmirəm. Müharibədə hər iki tərəfdən insanlar ölür. Amma bu vəhşiliyi - kəndə girib 200 nəfərin başını kəsmək, uşaqları, qocaları öldürmək, qızların başına amansız müsibəti gətirmək, özü də bunları “Allahu Əkbər” ilə etmək... Doğrurdan da mənə çox pis təsir etdi. Axı İslam bütün dünyada o qədər gözəl mədəniyyətdir... Ən axırıncı, müəkəmməl, ən gözəl, demokratik qaydaları gətirən dindir. İslamda qadına zorakılıq etmək yoxdur. Sən müharibə edirsənsə, get əsgərlə et. Bomba atırsan, camaat ölür, evlər dağılır. Bütün dünyada sən müsəlmanları biabır etdin.

 

Terrorizm olmamalıdır. Müharibə öz qanunları ilə aparılmalıdır, terrorizmlə yox. Evə girib dağıtmaq, qadınları, uşaqları təcavüz etmək, mən bunların hamısını sözsüz pisləyirəm. HƏMAS öz millətini pis vəziyyətdə qoydu. Çünki minlərlə insan İsraildə işləyirdi. Qəzzanın energetikası, suyu, ərzaqları İsraildən gəlirdi. Bütün pislikləri HƏMAS özü elədi”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri