Modern.az

Naftalanda icra başçısı Şəhid anası ilə görüşdü - FOTO

Naftalanda icra başçısı Şəhid anası ilə görüşdü - FOTO

13 Oktyabr 2023, 12:10

Şəhər İcra Hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsi şəhidi Cəfərov Elyəddin Zöhrab oğlunun anası Xatirə Cəfərovanı qəbul edib.

 

Qəbul zamanı icra başçısı bildirdi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunurlar.

 

Şəhər rəhbəri tərəfindən şəhid anasının qayğıları ilə maraqlanılıb, müraciətinin həlli istiqamətində tapşırıqlar verilərək nəzarətə götürülüb.

 

Xatirə Cəfərova ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular