Qanunsuz Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Modern.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Xaçaturyanın hüquqlarını Natiq Beybalayev müdafiə edir.
Prosesdə dövlət ittihamçıları - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqdəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyevdir.
Prosesdə zərərçəkmiş qismində Xocalı rayon icra hakimiyyətinin nümayəndəsi Murad Hüseynov və Meşəli kənd sakini Hüseyn Hümbətov iştirak ediblər. Xaçaturyan işgəncə verdiyi azərbaycanlı ilə üzləşib.
Məhkəmənin növbəti iclası oktyabrın 17-nə təyin edilib.