Modern.az

Goranboyda abadlıq-quruculuq işləri davam edir - FOTO

Goranboyda abadlıq-quruculuq işləri davam edir - FOTO

13 Oktyabr 2023, 14:32

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində aparılan əsaslı abadlıq-quruculuq və 4 mərtəbəli 20 mənzilli yaşayış binasının tikinti işləri ilə yerində tanış olub.

 

Küçənin işıqlandırma sistemi və piyada səkiləri yenidən  qurulur, çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin qarşısı abadlaşdırılır, yeni asfalt örtük salınır.

 

İcra Başçısı burada aparılan və gələcəkdə nəzərdə tutulan işlərlə bağlı məsləhətləşmələr apardı, müvafiq tapşırıq və tövsiyyələrini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular