Modern.az

Qadını qətlə yetirən şəxs 15 il həbs olundu

Qadını qətlə yetirən şəxs 15 il həbs olundu

Aktual

13 Oktyabr 2023, 16:26

Bakıda kirayədə yaşayan qadını qətlə yetirməkdə təqsirləndirilən Elnur Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Modern.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, Elnur Məhərrəmov 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə ötən il noyabrın 12-də günorta saatlarında paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

 

1975-ci il təvəllüdlü Kifayət İsayevanın kirayə yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub.

 

Aparılan araşdırmalarla K.İsayevanı öldürərək hadisə yerindən qaçan naməlum şəxsin 1981-ci il təvəllüdlü Elnur Məhərrəmov olmasına əsaslı şübhələr müəyyən edilib.Onun qadının tanışı olduğu bildirilib.


Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə E.Məhərrəmov tutularaq istintaqa təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular