Modern.az

“Paşinyanla danışdım, Ermənistan MDB-dən çıxmayacaq” - Putin

“Paşinyanla danışdım, Ermənistan MDB-dən çıxmayacaq” - Putin

Aktual

13 Oktyabr 2023, 18:00

Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının Bişkek toplantısından öncə Ermənistanın baş naziri Nikol Paşinyanla danışıq apardığını bildirib.

Modern.az xəbər verir ki, “Ria Novosti” Rusiya prezidentindən sitat gətirib:

"Biz Paşinyanla zəngləşdik və qarşıdan gələn MDB sammitini müzakirə etdik".

Rusiya liderinin sözlərinə görə, Ermənistan MDB-dən çıxmır.

“Baş nazir Paşinyan mənə zəng etdi, telefonla danışdıq. Qarşıdan gələn, yəni bugünkü sammitdən danışdıq. Ortada kifayət qədər başa düşülən hallar var. İndi bu barədə danışmayacağam - Ermənistanın baş nazirindən soruşmaq daha yaxşıdır. Amma mənim anladığım qədəri ilə Ermənistan MDB-dən heç yerə çıxmır”, - deyə Putin Qırğızıstana səfərindən sonra keçirilən mətbuat konfransında bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular