Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar və Türk İş Adamları Dərnəyinin(İŞAD) İdarə heyətinin üzvü Tuyqun Töreyə türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərini simvolizə edən "Qarabağ Azərbaycandır" suvenir hədiyyəsi təqdim olunub.
Modern.az xəbər verir ki, onlara hədiyyəni Bakıda keçirilən “Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət və Tanıtım Günləri”ndə “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev təqdim edib.
Şahin Əliyev qonaqlara Azərbaycan ilə Şimali Kipr dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsindən məmnunluğunu ifadə edərək “Ölkənizə xoş gəlmişsiniz!” deyib.
Prezident Ersin Tatar və Tuyqun Törə hədiyyəyə görə Şahin Əliyevə öz təşəkkürlərini bildiriblər.