Türkiyə Hərbi Dəniz Qüvvələri ABŞ-nin təyyarədaşıyan gəmilər göndərdiyi Şərqi Aralıq dənizində hərbi təlim keçirəcək.
Modern.az “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, bundan əvvəl ABŞ İsrail-HƏMAS qarşıdurması ilə bağlı oktyabrın 14-də ən böyük təyyarədaşıyan gəmisi “Gerald Ford”u Şərqi Aralıq dənizinə göndərib, oktyabrın 14-də isə digər təyyarədaşıyan gəmisi “Dwight Eisenhower”i də bu bölgəyə göndərdiyini açıqlayıb.
Türkiyə bu bölgədə 16-20 oktyabr tarixlərində hərbi dəniz təlimi keçirəcək. Bundan başqa, 23-27 oktyabr tarixlərində Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti ilə birgə təlimlər keçirəcək.