Ermənistan prezidenti Vaaqn Xaçaturyan “Roma statutu”nun ratifikasiyası haqqında qanunu imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin rəsmi saytında bildirilib.
Oktyabrın 3-də Ermənistan parlamenti hakim “Mülki Müqavilə” fraksiyasının 60 səsi ilə “Roma statutu”nu ratifikasi edib.
Rəsmi Moskva bəyan edib ki, Ermənistanın bu addımını ikitərəfli münasibətlər baxımından yanlış addım sayır.
Beynəlxalq Cinayət Məhkəməsi bu ilin martında ukraynalı uşaqların “qanunsuz deportasiyası” ittihamı ilə Putinin həbsinə order verib. “Roma statutu”nu ratifikasiya etmiş ölkələr, Putin onların ərazilərinə gələrsə, onu həbs etməyə borcludurlar.