Azərbaycan su qıtlığından ən çox əziyyət çəkən 20 ölkə arasındadır.
Modern.az xəbər verir ki, bu barədə BMT nümayəndəsi Muhammad Nasar bildirib.
Onun sözlərinə görə, Azərbaycanda su ehtiyatlarının 70 %-dən çoxu kənd təsərrüfatı üçün istifadə olunur.
"Ümid edirəm ki, Kənd təsərrüfatı və Qida elmləri fakültəsi su ehtiyatlarının daha səmərəli istifadəsinə, həmçinin, kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək”,- Nasar əlavə edib.