Modern.az

Babayanın açıqlamaları barədə cinayət işi açıldı

Babayanın açıqlamaları barədə cinayət işi açıldı

Aktual

16 Oktyabr 2023, 13:16

Ermənistan Baş Prokurorluğu separatçıların Qarabağdan İrəvana qaçmış “keçmiş müdafiə naziri” Samvel Babayanın ifadələri əsasında cinayət işi açıb.

 

Modern.az xəbər verir ki, bu barədə Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, iş Ermənistan Cinayət Məcəlləsinin iki maddəsi ilə başlanılıb, hələlik təqsirləndirilən şəxs yoxdur.

 

Qeyd edək ki, Babayan Ermənistanın İctimai Telekanalının efirində bir sıra qalmaqallı bəyanatlar verib və separatçıların Qarabağı təslim etdiyini iddia edib. O, həmçinin Azərbaycanla gizli danışıqlar apardığını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular