Modern.az

Suqovuşan İstirahət Parkı üçün ayrılan vəsaitin MƏBLƏĞİ

Suqovuşan İstirahət Parkı üçün ayrılan vəsaitin MƏBLƏĞİ

Aktual

16 Oktyabr 2023, 13:50

Suqovuşan İstirahət Parkı üçün ilkin olaraq 4 milyon manata yaxın vəsait ayrılıb.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.

 

O qeyd edib ki, bunun içərisinə layihələndirmə işləri də daxildir.

 

"İkinci mərhələ üçün layihə-smeta sənədlərinin hazırlanması da bu işlər çərçivəsində həyata keçirilir".

 

Qeyd edək ki, oktyabrın 16-da Dövlət Turizm Agentliyi ölkənin 40-a yaxın kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni salınmış istirahət parkına mediatur təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular