Modern.az

İlham Əliyevin ucaltdığı bayraq heç vaxt enməyəcək

İlham Əliyevin ucaltdığı bayraq heç vaxt enməyəcək

Aktual

16 Oktyabr 2023, 14:25

Çox şükür ki, türk dünyasının həsrətlə gözlədiyi 30 illik işğala son qoyan sonuncu bayraq dalğalanmalarını da dünən gördük.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı AMEA-da Türkiyə Xarici İşlər Təşkilatının "500 illik uğurlu diplomatiya: keçmişdən bu günə" adlı tədbirdə çıxışı zamanı deyib.

 

"Cənab Prezident İlham Əliyevin ucaltdığı şanlı Azərbaycan bayrağı bir daha heç vaxt enməyəcək. Mən Türkiyə adından Azərbaycan Prezidentini, ordusunu, xalqını təbrik edir, şəhidlərə Allahdan rəhmət diləyirəm", - səfir əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular