Modern.az

İsraildə azərbaycanlılar əsir götürülüb? - XİN-dən REAKSİYA

İsraildə azərbaycanlılar əsir götürülüb? - XİN-dən REAKSİYA

Aktual

16 Oktyabr 2023, 16:22

Mətbuatda oktyabrın 7-də HƏMAS və İslami Cihad qruplaşmalarının İsrailə hücumu zamanı vətəndaşları öldürülən, əsir və itkin düşən ölkələrin siyahısı dərc olunub.

 

İddiaya görə, İsraildə 3 azərbaycanlı qətlə yetirilib, 14 nəfər itkin düşüb, 1 nəfər isə girov götürülüb. Siyahıda göstərilən vətəndaşların sayı ilə bağlı bəzi məlumatlar ölkələrin rəsmi statistikasına uyğun gəlmir.

 

 Azərbaycan Xarici İşlər Nazirliyi 7 nəfər azərbaycan əsilli şəxsin həlak olması barədə xəbər yayıb.  

 

Girov götürülən azərbaycanlıların olub-olmaması isə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Modern.az-a bildirib ki, bununla bağlı informasiya həqiqəti əks etdirmir:

 

“Azərbaycanlıların İsraildə girov götürülməsi ilə bağlı məlumat öz təsdiqini tapmayıb. Bununla bağlı Azərbaycanın İsraildəki səfirliyinə tapşırıq verilib, araşdırma aparılır. Hələlik məlumat yoxdur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular