Beynəlxalq Qızıl Xaç Komitəsi hər hansı ərazidən keçəcək istənilən nəqliyyat vasitəsi və daşıdığı yük, insan barədə aidiyyəti dövlət qurumlarına əvvəldən məlumat verir.
Modern.az xəbər verir ki, bu barədə Komitənin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə məlumat verib.
"Əlaqədar qurumların da həmin nəqliyyat vasitələrini və ya yükləri yoxlamaq səlahiyyəti, eləcə də nəsə qeyri-qanuni hal olsa bunu aradan qaldırmaq hüququ var. Çünki bizim komitənin həmin hər hansı nəqliyyat vasitəsini, yaxud yükləri yoxlayacaq texniki imkanımız yoxdur. Odur ki, aidiyyəti qurumlara göndərilən məktubda belə yükləri yoxlanılması hüquqlarının olması qeyd olunur. Bizim əsas missiyamız humanitar yüklərin yerlərə çatdırılmasıdır. Həmin yüklərin arasında dövlətin əleyhinə nəsə olsa çıxara bilərlər", - o deyib.