Azərbaycanda itkin düşmüş və əsir götürülmüş şəxslərin sayı 3890 nəfərdir. Onlardan 400-ə yaxınlarının sümük qalıqları var. Hazırda onların məlumatlarının istifadəsi məqsədilə ortaq məlumat bazası yaratmaq üçün işlər görülür.
Modern.az xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Məhkəmə-tibbi ekspertiza məsələləri üzrə koordinatoru Elif Günçe Eskiköy deyib.
“Azərbaycan bu sahədə çox irəli gedib. Hazırda da Azərbaycan hökuməti ilə birgə işlər görülür. Bəzi məlumatlar Azərbaycanın müvafiq qurumları ilə razılaşdırılır. Həm bizim qurum, həm də Azərbaycan hökuməti ortaq bir bazanın yaradılması yaxşı olacaq. Bildirim ki, bəzi pilot layihələri də hökumətə təqdim etmişik, müsbət nəticələr əldə etmişik", - o qeyd edib.