Modern.az

Nazir müavini Şəmkirdə vətəndaşların müraciətlərini dinlədi - FOTO

Nazir müavini Şəmkirdə vətəndaşların müraciətlərini dinlədi - FOTO

17 Oktyabr 2023, 12:47

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova oktyabrın 17-də Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şəmkir və Goranboy rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Modern.az-a bildirilib ki, qəbulda vətəndaşların müraciəti əsasən işlə təminat məsələsi ilə bağlı olub. Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

 

Daha sonra nazir müavini Şəmkir DAİM-in kollektivi ilə görüşüb. Görüşdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və əkinlərin bəyanı ilə bağlı məsələlər müzakirə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular