Modern.az

Xaçaturyanın "timsah göz yaşları" - O, cinayətkardır və səmimi deyil

Xaçaturyanın

Aktual

17 Oktyabr 2023, 17:32

Xocalı rayonunun Meşəli kəndində törədilən soyqırımın iştirakçılarından biri bu gün əməllərinə görə cavab verir. Vaqif Xaçaturyanın ilk məhkəməsində göz yaşları tökməsi hər kəsin diqqətini çəkmişdi. 

 

Xaçaturyan onlarla azərbaycanlının qətlində ittiham olunur. Ağır müharibə cinayətləri törətmiş şəxslərin ədalət mühakiməsi qarşısında göz yaşları tökməsi ilk dəfə deyil. Ancaq psixoloqlar Xaçaturyanın bu hərəkətini səmimi hesab etmir və bu cinayətkarın insanları manipulyasiya etməyə çalışdığını düşünürlər.

Psixoloq Səbinə Bəşirzadə Modern.az-a açıqlamasında Xaçaturyanın ağlaması ilə insanları manipulyasiya etməyə çalışdığını bildirib.

 

“Adətən qaydalardan, cəzalandırılmadan qorxmayan şəxslər sosyopat şəxsiyyətlərdir. Həmin şəxs də sosyopat şəxsdir. Bu insanların ən çox etdiyi hərəkət ağlamaqdır. Çünki qarşısındakılarla empatiya qurmaq istəyirlər. Hər hansı narahatlıqlarını nümayiş etdirmək üçün ağlamaqdan istifadə edirlər. Orada ciddi mühitdə, kameraların altında, bütün törətdiyi cinayətlərin məsuliyyəti ilə özləri o situasiyadan istifadə edirlər. İnsanlara göstərmək  istəyir ki, bu prosesdə mənim günahım yoxdur, manipulyasiya etməyə çalışır. Günahını yumşaltmağa çalışır, buna görə də ağlamaqdan istifadə edir.

 

Suallara cavab verdiyi müddətdə anidən həssaslaşması, kövrəkləşməsi kimi detallarla qarşısındakıları manipulasiya etmək üçün istifadə edir. Amma bunlar “timsah göz yaşlarıdır”. Bu tip insanların kədərlənmələri üçün, sadəcə çətin düşdükləri bir vəziyyət olmalıdır ki, insanlar onları anlamasınlar, kimlərinsə diqqətini çəkmək üçün bu üsul ən öndəgedən yoldur. Sosyopat şəxslərin  ən çox etdiyi davranış formasıdır”.

 

Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Səbinə Cəbrayılova da Xaçaturyanın göz yaşlarının saxta olduğunu bildirib.

 

“Böyük ehtimal ki, onun göz yaşları  “timsah göz yaşlarıdır”. Çünki vicdanlı insan heç bir halda həmin hadisələri törətməz. Azərbaycan xalqının vicdanlı, emosional olduğunun fərqindədir. Çox yaxşı siyasətçidir, bu yolla  sanki qarşı tərəfi manipulyasiya etməyə çalışır ki, “mən peşmanam”. Amma bu, peşmançılıq deyil, yalançı göz yaşlarıdır.”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri