Modern.az

Daha bir qazinin evi qazlaşdırıldı - VİDEO

Daha bir qazinin evi qazlaşdırıldı - VİDEO

Aktual

17 Oktyabr 2023, 15:04

Yeni qazlaşdırılan Lerik rayonun Züvüç kəndində mavi yanacaqla ilk təchiz olunan sakinlərdən biri də Rövşən Məmmədovdur.

 

Modern.az xəbər verir ki, buna səbəb adıçəkilən abonentin 1-ci Qarabağ müharibəsi qazisi olmasıdır.  Rövşən Məmmədovun fərdi yaşayış evi isə şəhid ailələri və qaziləri daim diqqətdə saxlayan SOCAR “Azəriqaz” İB-nin vəsaiti hesabına qazlaşdırılıb. Bu məqsədlə Lənkəran RQİİ-nin rəhbər şəxsləri mavi yanacağın veriləcəyi ünvanda olublar.

 

Fərdi yaşayış evinə mavi yanacaq verildikdən sonra Birliyin rəhbər şəxsləri qazi ailəsinin digər qayğıları ilə maraqlanıblar.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular