Modern.az

Rusiyanın Ermənistanda olan nümayəndəsinin meyiti tapıldı

Rusiyanın Ermənistanda olan nümayəndəsinin meyiti tapıldı

17 Oktyabr 2023, 16:12

İrəvanda Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Ermənistandakı nümayəndəliyinin rəhbərinin müavini Vyaçeslav Ponomaryov iş yerində ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

 

Onun 37 yaşı olduğu bildirilib. V.Ponomaryovun ölüm səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

 

Hadisə ilə bağlı Arabkir rayon İstintaq şöbəsi tərəfindən cinayət işi başlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular