Modern.az

Uca Allahdan Sizə möhkəm cansağlığı arzu edirəm - Bəhreyn Kralı

Uca Allahdan Sizə möhkəm cansağlığı arzu edirəm - Bəhreyn Kralı

18 Oktyabr 2023, 17:05

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

 

"Hörmətli cənab Prezident!

 

Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə öz adımdan və Bəhreyn Krallığının xalqı adından Zati-alinizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram.

 

Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzu edirəm.

 

Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular