Modern.az

Şabranda çaydan kişi meyiti tapıldı

Şabranda çaydan kişi meyiti tapıldı

Aktual

19 Oktyabr 2023, 11:30

Şabran rayonunda təxminən 20-25 yaşlı naməlum kişi meyiti tapılıb.

 

Modern.az-ın məlumatına görə, meyit rayon ərazisindən keçən "Şabrançay" su kanalından aşkarlanıb.

 

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon Şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular