Modern.az

Siyavuş Novruzovdan Zahid Oruca ETİRAZ: Bizim nə zaman dördüncü respublikamız olub...

Siyavuş Novruzovdan Zahid Oruca ETİRAZ: Bizim nə zaman dördüncü respublikamız olub...

Aktual

20 Oktyabr 2023, 12:04

“Dövlətçilik üçün vacib bir məqama nəzər yetirmək istəyirəm. Hörmətli Zahid bəy bir neçə dəfə “dördüncü respublika” ifadəsini səsləndirir. Bizim nə zaman dördüncü respublikamız olub?”

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib.

 

“Bu çox ziyanlı termindir. Burada tarixçilərimiz var ki, izah etsinlər ki, belə bir şey varmı? Dördüncü respublika nə zaman qurulub, görən olub? Mən şəxsən görməmişəm, izah etsinlər ki, görək dördüncü respublika nədir? Bizim üç respublikamız olub, digəri hardandır? Arzu da etmirəm ki, dördüncü respublikamız olsun”,- deyə o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi